Türkiyəli aktyor İsmail Hacıoğlu şəxsi həyatı ilə gündəmə gəlib. Day.Az axşam.az-a istinadən bildirir ki, aktyor keçmiş həyat yoldaşı Duyqu Kumarki ilə yenidən barışıb. Qeyd edək ki, cütlük 2020-ci ildə boşanmış və daha sonra biri-birinə ikinci şansı vermişdi. Lakin onlar 2024-cü ilin avqustunda yenidən ayrılmışdı.