Qulaq Burun Boğaz mütəxəssisləri burun tüklərinin ağda və ya cımbızla çıxarılmasının ciddi təhlükələr yarada biləcəyini bildirir. Day.Az e-saglam.az-a istinadən xəbər verir ki, burun tükləri toz, allergen və mikroorqanizmlərə qarşı filtr rolunu oynayır. Onları çıxarmaq infeksiya, burun absesi və həssas toxumalara zərər verə bilər.