Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə Day.Az-а TƏBİB-dən bildirilib. Qeyd edilib ki, Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.