Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb. Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında "Azərxalça" ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.