İranın Hörmüzqan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Day.Az İran KİV-ə istinadən xəbər verir ki, zəlzələnin ocağı 17 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərinin Təxt rayonu olub. Hazırda ölənlər və dağıntılar barədə məlumat yoxdur.