Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib. Day.Az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb. Hazırda "Azəristiliktəchizat" ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir.