FİDE şahmatçıların 2025-ci il üçün ilk dünya reytinqini dərc edib. İdman.biz xəbər verir ki, yanvar reytinqində Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Beş pillə geriləyən qrossmeysterimiz 2732 xalla 21-cı pillədə qərarlaşıb.