Cəlilabadda evdən kişi meyiti tapılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Ağayev Aydın Hüseynağa oğlunun cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda müəyyən edilib. 3 gün əvvəl öldüyü ehtimal olunan mərhum evdə tək qalırmış.