Portuqaliya millisinin keçmiş futbolçusu, hazırda Qətərin "Əl Khor" klubunda çıxış edən Ruben Semedo həbs edilib. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. Məölumata görə, 30 yaşlı müdafiəçi Lissabonda sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə qalmağa məcbur edib. Bundan sonra qız xəstəxanaya yerləşdirilib.