"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək. Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.