Bizim təyyarəmizə qeyri-qanuni müdaxilə olunub. Day.Az xəbər verir ki, bunu bu gün AZAL-ın vitse-prezidenti İlham Əmirov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.