Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökumə Əliyevanın illər öncə çəkilmiş görüntüsü sosial şəbəkələrdə yayılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sözügedən görüntülər 2019-cu ildə qeydə alınıb. Video onun sərnişinlərə təhlükəsizlik qaydalarını izah edərkən çəkilib.