Bu gün Lənkəran şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində 10 kV-luq elektrik xəttində aparılan təmir işləri ilə əlaqədar dekabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.