Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşları "Yeni Klinika"ya gətirilib. Trend xəbər verir ki, yaralılar FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilib. Məlumata görə, onlar həkimlərin və psixoloqların köməyi ilə gətirilib.