Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident. Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.