Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır. Day.Az xəbər verir ki, Trend-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 18 dövlət qurumuna aid 51 nəqliyyat vasitəsi yer alıb. Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində keçiriləcək.