"Baltech Group" MMC nizamnamə kapitalını azaltdığını elan edib. Day.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib. Belə ki, şirkət nizamnamə kapitalının 216,7 min manata azaldığını bildirib. Buna qədər isə MMC-nin nizamnamə kapitalının miqdarı 433,4 min manat idi.