Övladlarımızın yaşında olarkən məcburi şəkildə tərk etdiyimiz Cəbrayıla indi övladlarımızla birlikdə qayıdırıq. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Şamil Hüseynli deyib. Onun sözlərinə görə, şükürlər olsun ki, biz də öz doğma el-obamıza, yurdumuza qayıdırıq.