"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova qarşı sui-qəsd niyyətini reallaşdıra bilməyib məscidin xidmətçisini bıçaqlamaqda ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşıb. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.