Azərbaycan bu gün çox mötəbər və önəmli tədbir olan COP29-a ev sahibliyi edir. Day.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, COP29-da infrastruktur və nəqliyyat sahəsində görülən işlər barədə müzakirələr aparılır.