Tanınmış aktrisa Günəş Mehdizadənin adından dələduzluq edilib. Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, son vaxtlar İctimai Televiziyada yayımlanan "Vətənda A" serialı ilə gündəmdən düşməyən sənətçinin adından saxta səhifələr açılır. Bu barədə aktrisa özünün "İnstagram" hesabında məlumat yayıb.