Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Kijəbə qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Akif Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyan vurmasından ölüb.