Yeni Zelandiyada Te Pati Maori millət vəkilləri rəqs edərək parlamentin iclasını pozublar. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Maori millət vəkilləri Yeni Zelandiyada etirazları alovlandıran mübahisəli qanun layihəsinə səsverməni pozmaq üçün "haka" rəqsi ediblər. Rəqsdən sonra iclas qısa müddətə dayandırılıb.