2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb.