Mədəniyyət iqlim dəyişikliyinin "qurbanı" olmaq məcburiyyətində deyil. Trend xəbər verir ki, bu barədə BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi naziri Amna bint Abdulla Əl-Dahakın COP29 çərçivəsində mədəniyyətə əsaslanan iqlim tədbirləri üzrə ikinci yüksək səviyyəli Nazirlər Görüşü zamanı müraciətində qeyd edilib.