COP29 çərçivəsində Çin şirkətləri ilə "yaşıl enerji" sahəsində bir neçə sənəd imzalanıb. Energetika Nazirliyindən Day.Az-a verilən məlumata görə, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, "China Energy Overseas Investment Co. Ltd." və "SOCAR Green" MMC arasında İcra Müqaviləsi imzalanıb.