Hazırda Şuşaya 222 ailə köçürülüb. Bu proses yaxın bir ay ərzində davam edib, yekunlaşacaq. Day.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O qeyd edib ki, ümumilikdə Şuşada 270 ailə məskunlaşacaq.