Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb. İdman.biz xəbər verir ki, noyabr üçün müəyyənləşən siyahının ilk "üçlüy"ündə dəyişiklik olmayıb. Cədvələ yenə Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərov başçılıq edir. Onun aktivində 530 xal var.