Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb. Day.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər. Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.