Qazaxıstanın kişi həndbolçulardan ibarət "Turan" komandası Bakıda təlim-məşq toplanışı keçir. İdman.biz xəbər verir ki, "AHF Arena" idman kompleksində təşkil olunan hazırlıq prosesinə 25 həndbolçu qatılıb. Məqsəd qarşıdakı yarışlara daha səmərəli hazırlaşmaq, təcrübə mübadiləsi və yoxlama oyunları keçirməkdir.