İspaniyanın şərqində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, 101 nəfər Valensiya vilayətində, 3 nəfər isə Mira (Kuenka vilayəti), Letura (Albasete vilayəti) və Alxaurin-de-la-Torre (Malaqa vilayəti) şəhərlərində həlak olub.