Oktyabrın 18-də İstanbulda "3+3" regional platformasının iclası keçiriləcək. Day.Az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. O qeyd edib ki, Cənubi Qafqaz regional əməkdaşlıq platforması ("3+3") vasitəsilə region ölkələri ilə Qafqaz üzrə məsləhətləşmələrimizi davam etdiririk.