Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə oyundan əvvəl keçirilən mətbuat konfransında gülməli anlar yaşanıb. Day.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, klubun mətbuat katibi millinin futbolçusu Arda Gülərin soyadını səhv səsləndirib.