Qarğıdalı qiymətli qida məhsuludur. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tərkibindəki lif sayəsində qarğıdalı həzm sisteminin nizamlı işləməsinə kömək edir və qəbizlik kimi problemlərin qarşısını alır. Buna görə də qarğıdalı çəki problemi olan insanlar üçün əla qida seçimi ola bilər.