Şampunların və plastik qabların tərkibində olan ekoloji fenollar ürək sağlamlığına zərər verə bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də Sinsinnati Universitetinin alimləri tədqiqat aparıblar. Təxminən 10 min nəfərin iştirakı ilə aparılan tədqiqatın nəticələri "Environmental Health" jurnalında dərc edilib.