Taksi ilə bağlı həyata keçirilən tənzimləmələr artıq sərnişinlərin xüsusən də qısamüddətli səfərlərdə tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib. Day.Az xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.