Taksilər avtobus zolağından istifadə edərsə, bu taksi sayının artmasına gətirib çıxaracaq. Day.Az xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir.