Avtomobil istehsalçısı "Volkswagen" Almaniyadakı zavodlarını bağlaya və on minlərlə işçini işdən çıxara bilər. Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Kommersant" məlumat yayıb. Qəzet xatırladır ki, sentyabrda şirkət il üçün nəticələrin proqnozlaşdırılandan daha pis olacağı barədə xəbərdarlıq etmişdi.