Böyük qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur. Day.Az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağdamda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir.