Son səksən il ərzində hökmranlıq etmiş liberal dünya nizamı böhran mərhələsinə daxil olub. Onun institusional əsası yeni çağırışlarla üzləşərək öz funksionallığını itirib. Qərbin maraqlarını qoruyan qaydalara əsaslanan bu nizam artıq qlobal problemləri ədalətli şəkildə həll edə bilmir.