"Məlum olduğu kimi, 2025-ci ildə minimum əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır. Pensiyanın orta artım tempi qanunvericiliyə uyğun olaraq, təxminən 8-9 faiz ətrafında olacaq. Sosial müavinətlər 10-15 faiz arasında artırılacaq. Çox güman ki, minimum aylıq əməkhaqqı ilə bağlı da eyni yanaşma tətbiq ediləcək".