![](http://img.day.az/thumb/obshchestvo/06/a/ministerstvo_truda_i_socialnoy_zashchity_34.jpg)
Modern.azxəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, ölkədə əlilliyin təyinatına nəzarətin gücləndirilməsi təmin olunub ki, nəticədə respublikada əlilliyin intensivlik göstəriciləri azalmağa başlayıb. "Ötən il ölkədə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb. Cari ilin birinci yarısında isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil edib.