Day.Az представляет новость на азербайджанском языке.Onların növbəti "əməliyyatı" uğursuz olub. Astara polisi mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirməyə nail olub. ANS PRESS-in verdiyi məlumata görə, keçirilmiş əməliyyat-isitntaq tədbirləri zamanı müəyyən edilib ki, avqustun 26-da, saat 21:00 radələrində vətəndaş Cabbarov Arif Xudayar oğlu xalası oğlu Mirzəyev Şamxal Raqib oğlu ilə özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Mürsəlzadə Rövşən Yaşar oğlunun Astara rayonu Şahağacı kəndində yerləşən fermasına qanunsuz daxil olaraq oradan 7 (yeddi) baş qoyun oğurlamaqla zərər çəkmiş şəxs Rövşən Mürsəzadəyə 700 manat dəyərində maddi ziyan vurublar.