Day.Az представляет новость на азербайджанском языке:---------17:34Paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülməsi ilə bağlı məsələ artıq həllini tapıb.Bunu AzVision.az-a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib. O, qeyd edib ki, həmin tikililər sökülməyəcək."Artıq məsələ öz həllini tapıb. Həmin tikililər sökülməyəcək" - deyə İbrahim Mehdiyev bildirib.Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün.