![](http://img.day.az/thumb/sport/0e/7/363123.jpg)
Day.Az представляет новость на азербайджанском языке:Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azərbaycan Güləş FederasiyasındanMilli.Az-a verilən məlumata görə, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir. Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb.