![](http://img.day.az/thumb/obshchestvo/0a/9/605153_006.jpg)
Day.Az представляет новость на азербайджанском языке:Azərbaycan beynəlxalq təşkilatlara ermənilərin işğal etdiyi ərazilərdəki tarixi və mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi ilə bağlı dəfələrlə müraciət edib. Aydın məsələdir, ermənilər Azərbaycana məxsus məbədləri, qəbirüstü abidələri, sərdabələri, bir sözlə, azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrini yer üzündən silməklə və ya onları süni şəkildə "erməniləşdirməklə" dünyaya Cənubi Qafqazın avtoxton xalqı olduqlarını sübut etmək istəyirlər. Yəni onların məntiqini haradasa başa düşmək olar - özlərini ən qədim xalq kimi göstərmək üçün hər cür vəhşiliyə və saxtakarlığa gedirlər.