![](http://img.day.az/thumb/obshchestvo/05/10/pozhar_pozharniki_13414.jpg)
Fövqəladə Hallar NazirliyindənMilli.Az-a verilən məlumata görə, Sumqayıt şəhərində hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 800 kv.m olan qurğuşun sexinin içərisində qurğuşun və mazut qalıqları 50 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.