![](http://img.day.az/thumb/obshchestvo/0a/5/596323.jpg)
Bakıda itkin düşən şəxslə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü Emil Əli oğlu Bədəlovun iyunun 26-da itkin düşməsi faktında əsaslı şübhələr yarandığından Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə araşdırma aparılır.