![](http://img.day.az/thumb/logo/0b/c/evroigry11.jpg)
Day.Az представляет новость на азербайджанском языке.Bakı 2015-in Bağlanış Mərasimi ilk Avropa Oyunlarının heyrətamiz uğuruna imza atan 6000 idmançı və 12 500 könüllü üçün öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov dünən bildirib: "Biz Bakıda tarix yazdıq və mən əminəm ki, Bağlanış Mərasimi idman tarixinin bir hissəsini yaratmaq üçün Azərbaycana gələn idmançıların yaddaşlarında silinməz iz qoyacaq". Bağlanış Mərasimi, 12 iyun tarixində baş tutan Açılış Mərasimi kimi Azərbaycanın əsas mədəniyyət və irs nümunələrini özündə əks etdirməklə cənab Azad Rəhimov və Mərasimlər üzrə direktor Katerin Uqvunun rəhbərliyi ilə Ceyms Hadley tərəfindən idarə olunacaq.