![](http://img.day.az/thumb/_fotosessii_/02/8/284092_1_suicid_ul_lermontova.jpg)
Day.Az представляет новость на азербайджанском языке:Hadisə iyunun 21-də şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənova Afət Rüstəm qızı ərazidə olan 9 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirsələr də, onu xilas etmək mümkün olmayıb.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.